NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MİNERAL SU YATAQLARI

Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub - şərqində yerləşir, dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir. Muxtar Respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin 1/3-i Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli,Naxçıvan, Culfa, Ordubad) təşkil edir. Naxçivan MR ərazisində ən qədim yaşli süxurlar Paleozoy çöküntülərinin Devon mərtəbəsidir, metomorfizləşmiş şistlərdən, kvarslaşmış əhəng daşlarından, kvarsitlərdən, qumdaşlarından, arqillit və gilli şistlərdən ibarətdir, qalınlığı1200 m-dən çoxdur. Şərur-Culfa antiklinoriumu təcrid olunmuş Şərur və Culfa çökəklik və qalxımdan ibarətdir. Şərur-Culfa antiklinorisi əsasən Devon, Alt Karbon, Perm, Trias yaşlı çökmə süxurlardan ibarətdir, qalınlıqları 4000-4500 m təşkil edir. Zəngəzur antiklinoriumu Ordubad və Nüvədi-Debekli dərin tektonik qırılmaları arasında yerləşmiş, şimalda Tərtər çayı və Arpaçayın yuxarı çıxıntılarından başlayaraq Araz çayına qədər 130 km məsafəyədək uzanır. Zəngəzur antiklinoriumu özu, metomorfik intensiv girişmiş qneysləşmiş mərmər süxurlarından ibarətdir (Araz çayının həm sol və həm də sağ sahillərində). Zəngəzur antiklinoriumu ancaq cənub-qərb qanadı ilə təmsil olunmuş, Üst Təbaşir və Eosen yaşlı süxurlarından yaranmış geniş monoklinal strukturunu yaratmışdır. Bütün bu kompleks süxurlar Meqri-Ordubad çox fazalı qranitoid batoliti ilə kəsilmişdir. Naxçıvan dərinlik qırılması Naxçıvan törəmə çökəkliyinin şimal kənarı və onun şimal-qərbində Şərur antiklinoriumunun sərhədi boyu uzanır. Paradaş çökəkliyi, Darıdağ qalxımında yayılmış subvulkanik dasit, andezit tərkibli süxurlarla mürəkkəbləşmişdir.

Məqalənin tam mətni üçün PDF versiyasına baxın.

PDF