FÜZULİ POEZİYASI, SƏTTAR DÜNYASI…

Çox vaxt Səttar Bəhlulzadəni (1909-1974) şair təbiətli rəssam adlandırırlar. Lakin bunu təkcə ona görə demirlər ki, o, klassik Azərbaycan poeziyasının vurğunu, əsl xiridarı idi. Dilindən Füzulinin, Vaqifin, Sabirin, Seyid Əzim Şirvaninin misraları əskik olmazdı. Füzulinin məşhur “Məcnunla mənim dərdimin əfsanəsi birdir. Söz ayırsa da aşiqi-divanəsi birdir” beytini təkrar - təkrar söyləməkdən doymazdı. Elə dostları arasında da şairlər çoxdu. Poeziyadan söz düşəndə o, “Birinci yeri Füzuliyə, ikincini Vaqifə verirəm. Qalan yerləri özünüz bölüşdürün” deyib hökmünü verərdi...
Füzulinin Azərbaycan təsviri sənətində daha çox bədii münasibət bildirilən şairlərdən olması birmənalıdır. Rəssamlarımızın ən müxtəlif nəsilləri çox vaxt sirr qatına bələnmiş kimi görünən Füzuli dünyasına əsərlər həsr etsələr də, heç kim yaratdığının Səttar Bəhlulzadə ilə yanaşı qoymağa cəsarət etməzdi. Masa arxasında oturanda da yaranmış ən qısa fasilədə əli boş dayanmazdı. Çəkdikləri də ya Füzuli idi, ya da ki, Leyli və Məcnun...Müəllimlərindən eşitdiklərini də tez-tez mənə çatdırmaqdan usanmazdı. Həmişə də deyərdi ki, dünyanın heç bir şairi Leyli ilə Məcnunu qovuşdurmağa cəsarət etməyib. Bu da səbəbsiz olmayıb. Belə ki, Məcnun faciəsinin kökündə ilahi eşqin ünvanını səhv salması durub. Onun sevgilisinə qovuşmaması da ona verilən cəzadır. “Leyli və Məcnun” da nəsihətnamədir, ətrafdakılar belə sevməməyi tövsiyə edir...

Məqalənin tam mətni üçün PDF versiyasına baxın.

PDF