AZƏRBAYCANIN QARABAĞ TARİXİ-COĞRAFİ BÖLGƏSİNİN GEO VƏ EKOTURİSTİK POTENSİALI

Gözəl təbiətə malik Qarabağ tarixi-coğrafi bölgəsi (Qarabağ TCB) açıq səma altında təbiət muzeyi olmaqla, hüdudlarında geosaytların – müxtəlif (yarımsəhradan yüksəkdağlıq-nivaladək) landşaftlarla uyğunlaşan təbii irsin bir çox nadir geoloji və geomorfoloji abidələrinin (geosaytların) yerləşməsi ilə səciyyələnir. Geosaytların əksəriyyəti bölgənin 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dağlıq və dağətəyi ərazilərində qeydə alınmışdır. Bunlardan yalnız Azıx, Tağlar, Xan,
Qahal və Divlər Sarayı mağaraları, həmçinin Kəlbəcər şəhəri ətrafı bazaltların sütunvarı bölünməsi Azərbaycan dövləti tərəfindən rəsmi qorunaraq Nazirlər Kabinetinin
16.03.1982-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş mühafizə olunan geoloji təbiət abidələri siyahısına salınmışdır.

Məqalənin tam versiyası üçün PDF-ə baxın.

PDF