Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyəcək
Ədliyyə naziri Fərid Əhmədov noyabrın 6-da Samuxda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı noyabrın 5-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri, 28 May küçəsi 52, əlaqə telefonu: (+994 12) 510 10 01, daxili nömrə: 17141, 17131, 17171) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və vaxt barədə əvvəlcədən məlumat veriləcək.

