Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq
Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-u saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

