Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 2-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Culfa, Şahbuz, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlarını qəbul edəcək.

Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Şərur rayonunda (Şərur Rayon İcra Hakimiyyətinin inzibati binası, Şərur şəhəri, Heydər Əliyev pr., 7) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (əlaqə vasitələri: (036) 544-56-29, [email protected]) müraciət etmələri xahiş olunur.