Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

