Heydər Əliyev və Bərdə
Qarabağın bütün guşələri, o cümlədən Bərdə mənim üçün daha doğma, daha əzizdir” - Heydər Əliyev
1969-cu ildə Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gəlməsi Azərbaycan xalqının həyatında tarixi hadisə idi. Çünki bununla yeni dövr başlandı. Həm də çox gözləmək lazım gəlmədi. İnsanların mənəviyyatında, məşğulluğunda, əmək fəaliyyətində, həyat şəraitində yüksəliş və yeniliklər Bərdə rayonunun timsalında xüsusi ilə aydın görünürdü. Böyük fəxrlə deyə bilərik ki, 1970-1980-cı illərdə Bərdə rayonu sözün həqiqi mənasında intibah dövrünü yaşadı. 1970-1982-ci illərdə rayonda taxıl istehsalı 52,8 faiz, pambıq istehsalı 4,2 dəfə, bostan məhsulları istehsalı 2,6 dəfə artmışdı. Rayon büdcəsinə, ailə gəlirlərinə daxilolmalar da, demək olar eyni ekvivalentlə artırdı.
Respublikada heç nə dəyişməmişdi. Təkcə rəhbərlik yenilənmişdi. Həmin torpaq, həmin su, həmin adamlar... Elə Bərdə də belə idi. Təkcə rayonun birinci katibi təzələnmişdi - böyük təşkilatçılıq qabiliyyəti ilə şeçilən Rüstəm Səfərəliyev idi. Ancaq o illərdə inkişaf edən təkcə kənd təssərüfatı deyildi. Bu sahədə əldə olunan gəlirlər digər sahələrin inkişafına əsaslı şəkildə zəmin yaradırdı. Bərdədə onlarla nəqiliyyat, tikinti müəsisəsi, kərpic zavodu, pambıq zavodları, çörək zavodu, plastik mallar istehsal edən zavod, yağ, pendir zavodu, tikiş fabriki, xalça fabriki açılmışdı. Zaqafqaziyada ən böyük dəmir-beton məmulatları zavodu Bərdədə tikilmişdir. Halbuki buna qədər rayonda 2 eyni təyinatlı zavod işləyirdi. Ancaq onlar təlabatı ödəyə bilmirdi. Bərdə, demək olar, təzədən tikilirdi: Kəndlər də, şəhərlər də, ictimai binalar da, fərdi yaşayış binaları da.
Ulu Öndər Heydər Əliyevin iş prinsipi necə idi? Bütün bunlara o necə nail olurdu?
Onun işinin mərkəzində gəzmək, hər şeyi gözü ilə görmək, tapşırıqlarını birbaşa iş üstündə vermək, sözünü bilavasitə həmin işlərlə məşğul olanlara demək məsələləri dururdu. Bərdəyə tez-tez səfər etmələri də həmin səbəbdən irəli gəlirdi. Öz gəlişləri ilə o, həm də adamlarda yeni ovqat yaradırdı. Hər gəlişində nəsə təzə ehtiyat mənbələri görürdü, təzə tapşırıqlar verməyə əsas tapırdı.
Ulu Öndər Heydər Əliyev 1974 – 1998 – ci illər ərzində Bərdə rayonuna 14 dəfə səfər etmişdir.
Bu səfərlər zamanı Ulu Öndər pambıq tarlalarında, üzüm bağlarında, fermalarda elə iş başındaca sadə əmək adamları, təsərrüfat fəalları ilə görüşər,işin gedişi,nailiyyətləri,habelə yaşayış şəraiti,ehtiyacları ilə maraqlanardı.Ğünün sonunda Rayon partiya və təsərrüfat fəalları yığıncağında alınan təəssüratları təhlil edərək,Ulu Öndər dərin məzmunlu nitqləri ilə görüşə yekun vurardı. Görüşlərinin birində Heydər Əliyev deyirdi:”Düzü mən dedim Bərdəni çox sevir və bərdəlilərə böyük hörmət bəsləyirəm.” Bu sevgi qarşılıqlı idi və bir birini tamamlayırdı. Ulu Öndərin sevgisinə bərdəlilər Sov.İKP MK-nin qarşıya qoyduğu plan və öhdəliklərin yerinə yetirilməsinədə əzm və fədakarlıqla çalışmaları ilə cavab verirdilər. Orta məktəbi bitirən gənclər istehsalatda, kənd təsərrüfatında çalışmaqla yanaşı, qiyabi yolla ali təhsil alırdılar. Əməkdə fərqlənənlər orden və medallarla təltif edilir, Azərbaycan SSR Ali Sovetinə və SSRİ Ali Sovetinə deputat seçilirdilər.Onlara əmək cəbhəsində göstərdiyi naiıiyyətlərə görə müxtəlif markalı minik maşınları,avtoməbillər hədiyyə edilirdı. Əmək gününə düşən yüksək pul məbləği əməkçilərin həyat şəraitini yaxşılaşdırırdı. Bir mərtəbəli ciy kərpicdən tikilmiş evlər iki mərtəbəli daş evlərlə əvəz olunurdu.Kənd yolları asfaltlanır, Mədəniyyət sarayı, Uşaq xəstəxanası,Poleklinika,müasir tipli məktəblər istifadəyə verilirdi.Ulu Öndərlə birlikdə rayonumuza səfərlər zamanı şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar da gəlirdilər.Onlar əməkçilərlə görüşər, onların şəninə poemalar, şerlər yazar, mahnılar bəstələyər,rəsm əsərləri yaradardılar. Məsələn: Tərlan xanım Musayevanın adını qeyd edə bilərəm.Onun şəninə şeir, poema yazılmış, mahnı bəstələnmişdi. O,mexanizator qadın,maşınla pambıq yığımı ustası idi.Əməkdə yüksək nəticələr əldə etdiyinə görə Ulu Öndər Heydər Əliyev Tərlan Musayevaya dərin hörmət bəsləyir və onu öz övladı kimi çox istəyirdi.Tərlan Musayeva Azərbaycan SSR Ali Sovetinə,SSRi Ali Sovetinə,ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan Milli Məclisinə deputat seçilmişdi.Onunla bərabər neçə - neçə əmək qabaqcılı da Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Qənirə Paşayeva, Züleyxa İsmayılova,Rahilə Məmmədova və b. bu cür fərqlənənlər idi.
Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələr Bərdədə daş üstündə yazı kimi çoxdan beynlərə həkk olunub.Ulu Öndər görüşlərin birində Bərdə haqqında deirdi:” Bərdə respublikada pambıqçılığın inkişaf etdirilməsinə böyük təkan vermişdir,bu sahədə sükançıdır,bayraqdardır və respublikanın bütün rayonlarına nümunə göstərir.”
Bu gün Bərdədə belə bir deyim formalaşmışdır: “ Bərdə Ulu Öndər Heydər Əliyevə və möhtətəm Prezidentimiz İlham Əliyevə məhəbbətin paytaxt şəhəridir”.Bərdə rayon Heydər Əliyev Mərkəzi olaraq bizim ümdə vəzifəmiz gənc nəsli Heydər Əliyev İdeyaları ruhunda tərbiyələndirməkdir. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi ilə silahlanmış dövlətimizə və dövlətçiliyimizə sadiq gənclər yetişdirmək hamımızın amalımızdır.
Arifət Əhmədova: Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru

