Həmin gün gələcək Zəfərlərin başlanğıcı oldu
12 iyul Tovuz döyüşlərinin başladığı gündü. O gün xain düşmənlərin xəyanətkar saldırısı nəticəsində hə əsgər, zabit və generallarımızın həlak olması xalqın səbrini daşdırdı. İnsanlar bu həqarətə, azğınlığa etiraz edib küçələrə çıxdılar, səslərini qaldırdılar.
Xalqı birliyə, əsgərləri döyüşə, zabitləri qeyrətə, dövlət rəhbərlərini hərəkətə çağırdılar. Hamı gördü, bildi, anladı ki, bu belə olmamalıdır. Həmin gün gələcək Zəfərlərin başlanğıcı oldu.
Tovuz döyüşlərində həlak olan şəhidlərimizi ehtiramla anır, ruhlarına dua edirik! Qəhrəmanlar unudulmaz!
Aydın Kərimov

