Sahil Babayevə yeni müavin təyin edildi 

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, hazırda maliyyə naziri Sahil Babayevdir.