Azərbaycan - Ukrayna oyununa nə qədər bilet satılıb?

Azərbaycan millisinin Bakıda Ukraynaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələsinin oyununa 8 minə yaxın bilet satılıb.

Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.

Onun sözlərinə görə, matç saatına qədər satılmış biletlərin sayı 10 minə çata bilər.

Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunu 31 200 azarkeş tutumuna malikdir.

Bu gün keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.