“Qarabağ” – “Dinamo” oyununa biletlərin böyük hissəsi satılıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında keçiriləcək cavab oyununa biletlərin böyük hissəsi satılıb.

Bu barədə  Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qarşılaşma üçün məhdud sayda bilet qalıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo” (Kiyev) oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.