Sadiq Qurbanov: “Ölkəmizdə dağ-mədən səaneyesinin böyük potensialı var”
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışına münasibət bildirərəkən deyib. O, bildirib ki, Azərbaycanda dağ mədən sənayesinin böyük potensialı var. Prezident İlham Əliyevin sözgedən müşavirədəki çıxışı Azərbaycanda sahibkarlıq mühitinin imkanlarından yararalanmaq üçün yerli və xarici investorlar üçün münbit şəarit yaradıldığından xəbər verir. Biz xarici investorlar üçün təkcə enerji tərəfdaşı deyil həm də dağ-mədən sənayesi sahəsində də etibarlı tərəfdaş ola bilərik.

