Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən kəmər güləşi (belboğlı kuraş) üzrə dünya çempionatında birinci yerə layiq görülüb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin əməkdaşı +76 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edilib ki, Gözəl Zutova Dünya kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada dünya çempionudur.

