Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar
İtaliyanın Riççone şəhərində keçirilən batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turnirində idmançılarımız növbəti medalları qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, yarışda ölkəmizi təmsil edən Maqsud Maqsudov və Hüseyn Abbasov sinxron proqramda uğurla çıxış ediblər. Təmsilçilərimiz 52.470 xal toplayaraq turnirin bürünc medalına sahib olublar.
Qeyd edək ki, oktyabrın 3-də başlayan beynəlxalq turnirə bu gün yekun vurulur.

