Lənkəranda beynəlxalq şahmat festivalı start götürüb
“Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunurlar.
AŞF ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan turnir reytinqlərə uyğun olaraq, A və B qrupu olmaqla, iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22 min 650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdir.

