“Qarabağ” FK Emmanuel Addai, Ramin Seydayev və Samy Mmaee ilə yollarını ayırıb
“Qarabağ” FK Emmanuel Addai, Ramin Seydayev və Samy Mmaee ilə yollarını ayırıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramin Seydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandamızda çıxış edən Samy Mmaee isə məxsus olduğu kluba geri qayıdıb.
Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.

