FİLİZLƏRİN ƏMƏLƏGƏLMƏ SÜRƏTİ

Filizlər genetik cəhətcə ifrat rəngarəng olduqlarından onların əmələgəlmə sürətləri çox geniş diapazonda dəyişir. Biz filiz əmələgəlmə prosesinə aid ədəbiyyatda olduqca məhdud məlumata rast gəlirik. Bundan başqa, olan məlumatların özündə belə, böyük ziddiyyətlər mövcuddur. Əksəriyyət mütəxəssislər sürət haqqında suala “ləng” və ya “çoxfazalı” təyinatla cavab verirlər.
V.Smirnov sübut edir ki, bəzi filiz yığımları milyon illər ərzində formalaşmış, digərlərinin yaranması üçün isə kifayət qədər qısa müddət lazım gəlmişdir. Birincilərə misal qismində o, Ukraynanın hidrotermal yataqlarının 2,5 mlrd il ərzində əmələ gəldiklərini göstərir. Əksinə, ABŞ-dakı Strimbot-Spirnqs civə yataqları son bir neçə min il ərzində formalaşmışdır. V.Smirnov və digər tədqiqatçılar fərz edirlər ki, maqmatik və hirdotermal yataqların formalaşmasını dağəmələgəlmə prosesləri müşayiət edir. Beləliklə, bu proseslər 50-200 mln il ərzində davam etməlidir.

Məqalənin tam mətni üçün PDF versiyasına baxın.

PDF