ALMAZLARIN İSTİFADƏ TARİXİNDƏN

Almaz! Bu söz hamıya məlumdur. Almaz digər qiymətli daşlar arasında şah adlanır. Qədim dövrlərdən bəri almaz misilsiz gözəlliyi və işıqda qeyri-adi bərqvurma qabiliyyətinə (işıq oyunu) görə ən qiymətli xəzinə sayılırdı. Almazlar tanrıların heykəllərini və padşahların taclarını bəzəyərdilər, almazla bütöv dövləti almaq olardı, əvəzi çoxlu qızılla və minlərlə insan həyatı ilə ödənilərdi, ona heyran olar və əfsanələr qoşulardı. Heyrətamiz xüsusiyyətlərinə görə almaz həm də insanların xidmətindədir və misilsiz bir əmək vasitəsi kimi istifadə olunmaqdadır. Bu gün də o fantastik bir zərgərlik zinəti və əvəzolunmaz bir əmək vasitəsi kimi qiymətləndirilir. Almazın sirri yaşamağa və bəşəriyyətin ağıl və hisslərini həyəcanlandırmağa davam edir. “Almaz” sözü ərəbcə “əlmas” yəni, “ən möhkəm” və ya yunanca “Adamas”, yəni, “yenilməz, məğlub olmaz” sözündəndir. Tarixçilər almazın insana eramızdan əvvəl III minillikdə məlum olduğuna inanırlar. Eramızdan 500 il əvvəl almaz Qədim Yunanıstanda tanınırdı.

Məqalənin tam mətni üçün PDF versiyasına baxın.

PDF