Amerika qitəsinin ilk fatehi

Məşhur dənizçinin ömrünün birinci yarısı haqqında bəşəriyyət tarixinə çox az məlumdur. Hesab edirlər ki, Xristofor Kolumb 1451-ci ildə Genuyada toxucu ailəsində anadan olmuşdur. Bu qəhrəman dənizçilər, sənətkarlar, bacarıqlı tacirlər və bütün Avropada məşhur olan bankirlər şəhəridir. Şəhərin həyatı dənizlə bağlı olmuşdur və təəccüblü deyil ki, Kolumb hələ yeniyetmə vaxtında dənizə çıxmışdır. 1476-cı ildə Genuya gəmiləri Pireney yarımadası yanından keçərkən, piratlar qəflətən onlara hücum etmişdilər. Batmış gəmidən Kolumb sahilə üzüb çıxmış və məlum olmuşdur ki, o Portuqaliyadadır. Bu zaman Portuqaliya Avropanın nəhəng dəniz dövləti, onun paytaxtı Lissabon isə ekspedisiyaların buradan Atlantik okeanına yola salındığı mühüm mərkəz idi. Kolumb burada genuyalı həmyerlilərinin yanında özünə sığınacaq tapdı, tezliklə adlı-sanlı ailədən olan bir qızla - Felip Monis Perestrello ilə evləndi. Bu nikah həqiqətdə gənc dənizçinin xoşbəxtliyi idi. 

Məqalənin tam mətnini PDF versiyasından oxuya bilərsiniz.

PDF