Yeraltı mədənlərdə havanın tozluluğuna və toz partlayışlılığına nəzarətin təşkili

Yeraltı mədənlərdə və şaxtalarda havanın tozluluğuna nəzarətin təşkili ən aktual məsələlərdən biridir. Məlum olduğu kimi, yeraltı qazmalarda havanın tərkibinin dəyişilməsi işçilərin sağlamlığı üçün böyük təhlükə törədə bilər [3]. Müxtəlif texnoloji əməliyyatların həyata keçirilməsi zamanı fərqli konstruksiyalı maşın və avadanlıqlardan istifadə edilir. Bu proseslərdə müxtəlif qazların ayrılması müşahidə edilir. Həm toz, həm də qaz qarışıqlarının havadakı miqdarının artması sanitariya-gigiyenik şəraitin pozulmasına və işçilərin əmək məhsuldarlığının azalmasına səbəb olur.
Yeraltı mədən və şaxtaların qazmalarında havadakı tozun miqdarı bir çox amillərdən asılı olub, müxtəlif istehsalat proseslərinin aparılması zamanı tozun yaranması və havaya ayrılması ilə təyin edilir [8]. Müxtəlif ölçülü və mənşəli toz hissəciklərinin yaranması qazıma prosesində daha çox müşahidə olunur. Qeyd etmək lazımdır ki, havanın tozluluğunun normadan artıq olması peşə xəstəliklərinə səbəb ola bilər [2].
Məqalənin tam mətni ilə PDF versiyasından tanış ola bilərsiniz.