AZƏRBAYCANDA DAĞ - MƏDƏN SƏNAYESİNİN BU GÜNÜ

Azər Şükürov
“Yer və İnsan” jurnalının baş redaktoru,
texniki elmlər üzrə fəlsəfə doktoru
Hər bir ölkənin tərəqqisi və onun dünya miqyasında rəqabət qabiliyyətliliyi malik olduğu təbii resurslardan çox asılıdır. Hazırda dünya iqtisadiyyatının sürətli inkişafı da bu və ya digər dərəcədə ölkələrin malik olduğu təbii ehtiyatlardan səmərəli istifadənin səviyyəsi ilə ölçülür. Yaşadığımız əsrdə zəngin təbii sərvətlər, xüsusən də mineral resurslar bir çox hallarda ölkələrin inkişafını təmin edən başlıca faktorlardan biri kimi çıxış edir. Çünki hər bir ölkədə zəngin təbii ehtiyatlara əsaslanan sənayenin dirçəlişi və inkişafında yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Bu baxımdan da ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsi dünya reallıqları baxımından prioritet məsələdir.
Məqalənin tam mətni ilə PDF versiyasından tanış ola bilərsiniz.