Qədim dini sənət əsərləri yanğından mühafizə edilib

Parisdəki müqəddəs Məryəm Ana katedralında yerli vaxtla saat 19:00–da başlayan yanğın hələ də söndürülməyib.

Yanğın nəticəsində katedralın ən hündür şpili və tavanı çöküb. Təmir üçün katedralın damına yığılmış taxtalardan başlayan yanğın bir anda bütün damı bürüyüb.

Katedralda saxlanılan qədim dini sənət əsərləri yanğından mühafizə edilib. Ümumilikdə, katedralın strukturunun qorunub saxlanıldığı bildirilir.