Paşinyan Rusiyaya səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya yollanıb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Səfər proqramına əsasən, onun Rusiya Baş naziri Mixail Mişustinlə görüşü də nəzərdə tutulub.//Trend