Pezeşkian: İran beynəlxalq hüquq çərçivəsində ABŞ ilə razılaşmaya hazırdır

İran ABŞ ilə razılaşmaya hazırdır və tələblərini yalnız beynəlxalq hüquq çərçivəsində irəli sürür.

Bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Tehran beynəlxalq hüquqa əsaslanan razılaşma əldə etməyə çalışır və indiyədək bundan artıq heç nə tələb etməyib.

Pezeşkianın sözlərinə görə, ABŞ tərəfi də bu yanaşmanı qəbul edərsə, İran razılaşma əldə etmək üçün danışıqlara hazırdır.//Azərtac