Türkiyədə təyyarə qəzaya uğrayıb
Avqustun 12-də Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda "F-16" təyyarəsinin təlim versiyası qəzaya uğrayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinin 18-ci aviabazasının yaxınlığında yerə düşüb.
İlkin məlumata görə, pilot katapult edib.

