Təmir işləri ilə əlaqədar 537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Novxanı-Pirşağı yolunda aparılan təmir işləri ilə əlaqədar 537 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Novxanı-Pirşağı yolunun Sahil küçəsi hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu səbəbdən 537 nömrəli marşrut üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

