Küləkli hava şəraiti müşahidə edilir  - FAKTİKİ HAVA

Noyabrın 15-i saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə isə 15 m/s-dək güclənib.