Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina partlayışı baș verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında qeyd olunub. Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif xəsarətlər alıb. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.