Avtomobil tunelini kanalizasiya suyu basıb - VİDEO

Sumqayıtda avtomobil tunelini kanalizasiya suyu basıb, sürücülər çətin vəziyyətdə qalıblar.

Sakinlər deyirlər ki, tunelində çirkab suyun yığılmasına səbəb elektrik enerjisinin verilişində yaranmış fasilə ilə əlaqədar su nasoslarının fəaliyyətinin dayanması olub.
 
Qeyd edək ki, sözügedən nasoslar "Azərbaycan Dəmir Yolları" QSC-yə aiddir. Qurumdan “Xəzər Xəbər”ə  bildirilib ki, Sumqayıtda yeraltı avtomobil yolu tunelində çirkab suyun yığılmasına səbəb elektrik enerjisinin verilişində yaranmış fasilə ilə əlaqədar su nasoslarının fəaliyyətinin dayanması olub. Ərazidə yığılmış su kənarlaşdırıldıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.