Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.

QSC-dən  bildirilib ki, noyabrın 8-də Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə edə bilərsiniz.