Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Agentlikdən bildirilib ki, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.
Küləyin sürətinin 18-23 metr/saniyə, arabir 25-28 metr/saniyə, açıq dənizdə isə 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr çatacağı proqnozlaşdırılır.

