Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb.

İsrailin TPS-IL informasiya xidməti xəbər verir ki, 2025-2026-cı illər mövsümündə göl hövzəsinə düşən yağıntının miqdarı uzunmüddətli orta göstəricinin təxminən 90 faizini təşkil edib.

Bununla yanaşı, sentyabr ayında Aralıq dənizində suyun qeyri-adi dərəcədə bulanıqlaşması İsrailin su təchizatında problemlərə səbəb olub. Nəticədə ölkədəki duzsuzlaşdırma zavodlarının demək olar ki, hamısının fəaliyyəti müvəqqəti dayandırılıb.//Azərtac