Putin: Şimali Koreya ilə münasibətlərimiz görünməmiş səviyyədədir

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq baxımından görünməmiş yüksək səviyyəyə çatdığını bildirib. Putin, “Dövlətlərimiz bütün sahələrdə fəal əməkdaşlıq edir” deyib.

Kremlin yaydığı açıqlamaya görə, Putin Şimali Koreya lideri Kim Çen Ina ölkəsinin milli bayramı — Qurtuluş Günü münasibətilə təbrik mesajı göndərib.

Türkiyə mediası xəbər verir ki, Putin mesajında bu bayramın Şimali Koreyanın “Yapon müstəmləkə idarəçiliyindən azad edilməsi uğrunda birlikdə mübarizə aparan koreyalı vətənpərvərlərin və Qızıl Ordu əsgərlərinin cəsarət və dözümlülüyünün simvolu” olduğunu bildirib.