Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşıb - FOTO

ABŞ-İran arasında davam edən gərginlik sürür.

Gərginliyin ən kritik nöqtələrindən biri isə Hörmüz boğazıdır.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl də bir neçə dəfə Hörmüz boğazına nəzarət etdiklərini bildirmişdi.

Tramp dünən Oval kabinetdə keçirdiyi mətbuat konfransında da Hörmüz boğazı ilə bağlı fikirlərini təkrarlayıb.

 Türkiyə mediası xəbər verir ki, Tramp deyib: “Hörmüz boğazını ABŞ ərazisi elan etmək fikrini bəyənirəm. Boğaza tam nəzarətimiz var.”

Tramp sosial media hesabında Hörmüz boğazını “ABŞ ərazisi” elan etmək barədə açıqlamasını xatırladan paylaşım edib.

Paylaşımda Hörmüz boğazının xəritəsi yerləşdirilib və onun üzərində “Yeni ABŞ ərazisi” ifadəsi yazılıb.