Azərbaycanda yeddi ayda 187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min AZN kimi qiymətləndirilir.