Ərdoğan Trampı Ankarada qarşılayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak üçün Türkiyəyə rəsmi səfərə gələn ABŞ Prezidenti Donald Trampı Ankara Hava Limanında qarşılayıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, iki lider qısa müddət ayaqüstü söhbət ediblər:

"Prezident Ərdoğan Ağ Ev rəhbərini təyyarənin trapında qarşılayıb. Liderlər əvvəlcə bir-birlərini salamlayıb, daha sonra bir müddət söhbət ediblər".

Məlumata görə, bu zaman Donald Trampın “Bu təyyarənin ilk beynəlxalq uçuşudur. Tamamilə yeni təyyarədir”, – dediyi eşidilib.

Liderlərin daha sonra Beştəpədə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirəcəyi planlaşdırılır.//Trend