ABŞ İrana bir həftəlik möhlət verib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranın mərhum Ali Rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana danışıqlarla bağlı bir həftəlik möhlət verib.
"Onlar çarəsizçəsinə razılıq əldə etməyə can atırlar. Biz dəfn mərasimi ilə əlaqədar onlara bir həftəlik möhlət verdik", –deyə Tramp bildirib.
Qeyd edək ki, iyulun 3-də Tehranda İranın həlak olmuş Ali Rəhbəri ilə vida mərasimi başlayıb. İran mediasının məlumatına görə, ölkənin mərhum Ali Lideri ilə vida mərasimi iyulun 9-dək davam edəcək.//Trend

