İlk alman kosmonavtı Ziqmund Yen vəfat edib

1978-ci ildə Valeri Bıkovski ilə birlikdə Aya uçan ilk alman kosmonavtı Ziqmund Yen 83 yaşında vəfat edib. 

Bu barədə bazar günü Almaniya Aerokosmik Mərkəzi (DLR) məlumat yayıb.

 
"Ziqmund Yenin ölümü ilə tanınmış kosmonavtı, alim və mühəndisi itirdik", deyə DLR rəhbəri Paskal Erenfroynd qeyd edib.