Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcəklər.
“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.

