Yaponiyada qasırğaya görə 400-dən çox reys təxirə salınıb

Yaponiyada güclü “Tapa” qasırğasına görə aviaşirkətlər 400-dən çox daxili reysi təxirə salıblar.
Həmin reyslərin əksəriyyəti Kyüşü adasından və geriyə - Fukuoka, Miyazaki, Naqasaki, Kaqoşima və Saqa aeroportlarına nəzərdə tutulan uçuşlardır.
Aviaşirkətlər səyahətçiləri reyslər barədə son məlumatları internet vasitəsilə izləməyi tövsiyə edirlər.
Vüqar Ağayev