Rusiyada 4,3 bal gücündə zəlzələ baş verib

Rusiyada 4,3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Kamçatka yarımadasının şərq sahillərində qeydə alınıb.

Zəlzələnin episentri Ust-Kamçatka rayonundan 111 kilometr şimal-şərqdə, 33 kilometr dərinlikdə qeydə alınıb.

 
Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb. Tələfat və dağıntı, həmçinin sunami təhlükəsi yoxdur.