Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində ölən, yaralanan və ya dağıntı qeydə alınmayıb.