Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var
Nyu-Yorkun Bruklin rayonunda atışma olub, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
İnsident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib.
Polis cinayətkarın axtarışına başlayıb.//TASS

