Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano 73 yaşında vəfat edib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Baş katibin ölüm səbəbi barədə isə hələlik dəqiq məlumat verilmir.
Xatırladaq ki, Y.Amano 2009-cu ildən Agentliyə rəhbərlik edib. Buna qədər isə Yaponiyanın qurumdakı səfiri və daimi nümayəndəsi vəzifəsində çalışıb.
Həmçinin, diplomat BMT-də fəaliyyət göstərib, 1972-ci ildən Yaponiya Xarici İşlər Nazirliyində müxtəlif postları tutub.

