Cənubi Koreya helikopteri Yapon dənizində qəzaya uğrayıb, yeddi nəfər itkin düşüb

Cənubi Koreyaya məxsus yanğınsöndürmə helikopteri Yapon dənizi üzərində qəzaya uğrayıb.


Helikopterin Seul və Tokio arasında mübahisə mövzusu olan Tokto adası yaxınlığında qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb.


Oktyabrın 31-də gecə qəzaya uğrayan, "Airbus" şirkətinin istehsalı olan EC225 helikopterində beş xilasedici və iki Cənubi Koreya vətəndaşı olub.


Axtarış işlərinə onlarla gəmi və helikopter cəlb edilib.