Floridada təyyarə qəzaya uğrayıb: ölənlər var

ABŞ-ın Florida ştatında “Beechcraft Baron” birmühərrikli təyyarə eniş zamanı avtomobilə çırpılıb. Okala şəhər polisi “Twitter” hesabında iki nəfərin öldüyünü bildirib.

 TASS informasiya agentliyi xəbər verir ki, həlak olanlar sərnişinlərdir. ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli İdarəsi hadisənin başvermə şəraiti və səbəblərini araşdırır.