Yanğın qədim yapon qalasını məhv etdi - VİDEO

Yaponiyanın cənubunda yanğın nəticəsində qədim Süri qəsri tamamilə məhv olub.

TASS xəbər verir ki, yanğın gecə saatlarında Okinava adasında baş verib.

 
Burada 20-dən artıq yanğın söndürən heyət alovla mübarizə aparıb, lakin qədim qala külə dönüb.

Yerli polis hadisənin səbəblərini araşdırır.

Süri qəsri XIV əsrdə tikilib. 2000-ci ildə o YUNESKO-nunÜmumdünya irsisiyahısına salınıb.