Mark Esper: "ABŞ qüvvələri Suriyada qalacaq"

"ABŞ-ın Suriyadakı hərbi qüvvələri tərəfdaşları ilə neft yataqlarını terror qruplaşmasından qorumaq üçün mövcud missiyasını davam etdirəcək”.

Bunu ABŞ-ın müdafiə naziri Mark Esper ötən gün mətbuat konfransında deyib.


O bildirib ki, ABŞ hərbçiləri Suriyada mövcud şəraitdə əvvəlkindən daha az qüvvə ilə üzərinə düşən missiyanı yerinə yetirəcək.


Esper əlavə edib ki, İŞİD lideri Bağdadinin ölümü heç də dünyanı terrorizmindən qurtarmayacaq: "Amerika Birləşmiş Ştatları ziyanverici terror qruplaşmaları son anadək məhv etmək gücünə malikdir”.