Dünyanın ən zəngin adamı bir günə 7 milyard itirdi

Dünyanın ən zəngin adamı olan "Amazon” şirkətinin rəhbəri Cef Bezos bir sutkada 6,9 milyard dollar itirib.

Bu məlumatı CNBS televiziyası yayıb. Buna səbəb kimi şirkətin səhmlərinin 6,6% ucuzlaşması göstərilib.

Ucuzlaşmaya səbəb isə "Amazon”un III rübdəki hesabatı olub. Belə ki, hesabatda göstərilən gəlir investorları narazı salıb, bu da aksiyaların ucuzlaşmasına gətirib çıxarıb.